Əhməd Davudoğlu: ?Sərhədlərin açılması gündəmdə deyil?

img

25-08-2010 [04:50]


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkəyə ezam olunmuş ANS TV-nin xüsusi müxbiri Sevil Nuriyevaya müsahibə verib. Əhməd Davudoğlu NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədinin açılması barədə məlumatları şərh edib: ?Bu məsələdə narahatlıq yaradanlar doğru etmirlər. Narahatlığa heç bir əsas yoxdur. Hər şeydən əvvəl bu təlimlər döyüş təlimi deyil, zəlzələ zamanı hansı işlər görülməsi və hansı hərəkətlərin edilməsilə bağlıdır. Mənim bildiyimə görə, Azərbaycan da bu məsələyə qoşulur. Bizim ora qoşulmağımız səhra xəstəxanaları ilə bağlıdır. NATO-ya üzv olduğumuza görədir. Bildiyinizə görə, bu səhra xəstəxanalarından Pakistana da göndərmişik. Ora bir şəkildə insanlıq mövqeyindən yanaşmışıq. Amma sərhədlərin açılması ilə bağlı deyilən bir məsələ gündəmdə deyil, bu məsələ müzakirə mövzusu deyil?. Qeyd edək ki, Əhməd Davudoğlu Türkiyə-Azərbaycan münasibətləri, Rusiya-Ermənistan hərbi razılaşmaları baxımından regiondakı qüvvələr balansı, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri kimi mövzularda sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA