07-11-2017 [16:27]
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilir.
Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda dövlət ittihamçısının çıxış edəcəyi gözlənilir.
Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini xahiş ediblər.
Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, "Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Ararat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərroçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilib/APA.
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi