?Beynəlxalq Əlillər Cəmiyyəti? iB Rusiya Federasiyasının Prezidentinə müraciət etdi

img

25-08-2010 [01:20]


?Beynəlxalq Əlillər Cəmiyyəti? İctimai Birliyi və ?Əlillər Dünyası? qəzeti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytarılmasında köməklik göstərilməsi üçün Rusiya Federasiyasının Prezidenti D.A.Medvedyevə, Baş Naziri V.V.Putinə, Müdafiə Naziri A.E.Serdyukova, Rusiya Federasiyanın Azərbaycandakı səfiri V.D.Doroxinə və Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin deputatı Yuri Mixayloviç Zabelinə müraciət ediblər. Onu da qeyd etmək istəyirik ki, yaxın günlərdə İB-nın və qəzetin əməkdaşları göstərdiyi qeyri-adi və misilsiz qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Azərbaycan ordusunun 22 yaşlı giziri Mübariz İbrahimovun ailəsinə baş çəkiblər. Şəhidin atası Ağakərim İbrahimovla görüşmüş ?Beynəlxalq Əlillər Cəmiyyəti? İctimai Birliyinin Fəxri Fərmanını və İbrahimovlar ailəsinə ünvanlanmış məktubu təqdim etmişlər. Birliyin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev xatirə kitabında ürək sözlərini yazıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA