Xüsusi əməliyyatda "Qoca" ilə daha bir nəfər öldürülüb - Onu evində gizlədirmiş(TƏFƏRRÜAT)

img

02-11-2017 [10:18]


Bakının Qaradağ rayonunda "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Mia.az xəbər verir ki, "report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib. "Qoca” ləqəbli avtoritet Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR