“Mənə çox sual verməyin - Leyla Şıxliskaya cinayət işindən danışdı

img

01-11-2017 [13:35]


Xalq artisti Leyla Şıxliskaya rəhbərlik etdiyi klinikaya cinayət işi açılma xəbərindən danışıb.

Mia.az xəbər verir ki, Leyla Şıxlinskaya "Qafqazinfo"ya açıqlamasında bu mövzuya aiddiyəti olmadığını qeyd edib:

"Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiz. Mən ancaq o qurumların açıqlamasına cavab verə bilərəm. 

İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur.  Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR