Sabiq deputatın oğlunun məhkəməsi başlayır - Tarix açıqlandı

img

31-10-2017 [10:17]


Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi wzr’ məhkəmənin başlanma vaxtı məlum olub.
 
 APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib. Proses Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.
  
Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
 
Ə. Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Digər xəbərlər
SON XƏBƏRLƏR