Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb - “Kalaşnikov”la

img

30-10-2017 [11:12]


Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. 

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində "Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun "qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır. 
 
Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR