“Lotu Quli” qanuni oğruları bir yerə topladı - FOTO

img

27-10-2017 [10:29]


İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) bağlı yeni xəbərlər var.

Mia.az xəbər verir ki, azfakt.com-un yaydığı məlumata görə, İstanbula yerləşən kriminal avtoritetə yaxınlığı ilə seçilən "qanuni oğru”lar baş çəkiblər. Nadir Səlifovla görüşə gələn qanuni oğrulardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşnerdi.

Yaxln dostların birlikdə çəkdirdiyi foto da yayılıb. Fotoda "Lotu Quli”nin tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, "qanuni oğrular” Rafət Əlibayramlinski, Saşa Kuşner və ona yaxın olan dostlarının əhatəsində olduğu əks olunub.

Xatırladaq ki, "Lotu Quli” həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifovun Gürcüstana getdiyi barədə xəbər yayılmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR