"Lotu Quli" azadlığa çıxan kimi Azərbaycanı tərk edib - O, GürcüstandanTürkiyəyə köçəcək

img

24-10-2017 [17:49]


Xəbər verdiyimiz kimi, Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.
 
APA-nın məlumatına görə, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.
 
N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.
 
Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, həbsdən azad edilən "Lotu Quli" yaxın ətrafına doğulduğu Gürcüstanda yaşamayacağını, tezliklə Türkiyəyə köçüb, orada də yaşacağını deyib…

Qeyd edək ki, Ədliyyə Nazirliyi Haqqın.az saytına kriminal avtoritet Lotu Qulinin azadlığa çıxması ilə bağlı məlumatı təsdiqləyib. Saytın xəbərinə görə, kriminal avtoritet hazırda Gürcüstandadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR