Elmar Məmmədyarov: "Həll olunmayan münaqizələr regionun inkizafına böyük maneədir"

img

23-08-2010 [12:00]


Elmar Məmmədyarov Avstriyanın Avropa və Beynəlxalq əlaqələr üzrə federal Nazirliyinin təşkilatçılığı ilə Zalsburq şəhərində keçirilmiş ?Salzburq Triloqu elmi konfrans: XXI əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış? mövzusunda konfransda iştirak edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin MİA-ya verdiyi məlumata görə, konfransda çıxış edən E.Məmmədyarov Qara dəniz regionu dövlətlərinin iqtisadi vəziyyəti məsələlərinə toxunub. Azərbaycanın iqtisadiyyatı barədə iştirakçılara geniş məlumat verən nazir tədbir iştirakçılarını ölkənin apardığı enerji siyasəti ilə tanış edib. İqtisadi inkişafın siyasi sabitlik nəticəsində labüd olduğunu deyən nazir, həll olunmayan münaqişələrin regionun inkişafına böyük maneə olduğunu xüsusi qeyd edib. Daha sonra E. Məmmədyarov yoxsulluğun aradan qaldırılması sahəsində Azərbaycanın apardığı siyasətə toxunaraq, bu sahədə səylərin artırılmasının zəruriliyini vurğulayıb. Səfər çərçivəsində nazir E. Məmmədyarov Ukrayna, Gürcüstan və Avstriyalı həmkarları, Avstriyanın sabiq federal kansleri Volfqanq Şussel və Şərqi Avropanın ən böyük neft və qaz şirkəti olan Avstriyanın OMV şirkətinin sədri və Baş icraçı direktoru Volfqanq Rutternstorfer ilə görüşüb. Görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq, onların perspektivləri və digər maraq doğuran məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA