Bakıda ədliyyə mayoru Biləcəri Enerji Təchizatı idarəsinin rəisinə 70 bıçaq zərbəsi vurub

img

23-08-2010 [11:22]


Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə avqustun 22-də baş verib. Rayonun Bünyadzadə küçəsi, ev 230, mənzil 10-da yaşayan Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi, 52 yaşlı İsmayıl Allahverdiyev öz evində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı, ədliyyə-mayoru 35 yaşlı Habil Bayramov və onun yaxın tanışı, 36 yaşlı Faiq Yəhyayevlə tərəfindən bıçaqlanaraq öldürülüb. İ.Allahverdiyevə ümumilikdə 70 bıçaq zərbəsi vurulub. İ.Allahverdiyevin səsinə qonşuların gəldiyini görən, H.Bayramov özünü beşinci mərtəbədən ataraq ağır bədən xəsarəti alıb. F.Yəhyayev isə cinayət başında yaxalanıb(anspress). Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də təfərrüatlar hələlik tam dəqiqləşdirilməyib. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən AR CM-nin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA