Mətbuat Şurası jurnalistin döyülməsi ilə bağlı Ramil Usubova müraciət ünvanlayıb

img

30-07-2010 [05:24]


Azərbaycan Mətbuat Şurası ?Yeni Müsavat? qəzetinin əməkdaşı Elmin Bədəlovun peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Milli mətbuatımızın 135 illik yubileyinin dövlət miqyasında geniş şəkildə qeyd olunduğuna dair xatırlamaların yer aldığı müraciətdə baş vermiş xoşagəlməz olay ölkədə media sahəsində əldə edilmiş uğurlara qarşı dayanmaq cəhdi kimi dəyərləndirilib. Müraciətdə ?Yeni Müsavat? qəzetinin Mətbuat Şurasına ünvanladığı məktub əsas götürülərək hadisənin təfərrüratları barədə də məlumat verilib. Daxili İşlər Nazirliyinin məsələni diqqətdə saxlayacağına, dərindən araşdıracağına, günahkarlar barədə qanunauyğun müvafiq ölçü götürəcəyinə əminlik ifadə olunub. Qedy edək ki, ?Yeni Müsavat? qəzetinin əməkdaşı Elmin Bədəlov bu il iyulun 28-də Mərdəkanda peşə vəzifəsini yerinə yetirərkən idmançı geyimli naməlum şəxslər tərəfindən ağır bədən xəsarətlərinə məruz qalıb. Onun fotoapparatı sındırılıb, mobil telefonu əlindən alınaraq əlaqə yaratmasına maneçilik törədilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA