Elmira Süleymanova müxalifətin mitinqində saxlanılanlarla bağlı Ramil Usubova müraciət edib

img

04-08-2010 [03:26]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın yanında yaradılmış İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm Qrupunun əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) saxlanılan şəxslərlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, baş çəkmə zamanı müəyyən olunub ki, burada 10 nəfər saxlanılır. Həmin şəxslər Səbail rayon Məhkəməsinin qərarı il 7-10 gün müddətinə inzibati qaydada həbs edilib və 31 avqust 2010-cu il tarixdə İHOSM-nə yerləşdiriliblər. Onlarla söhbət zamanı saxlanıldıqları məntəqədə fiziki zorakılığa məruz qalmadıqlarını bildiriblər. Eyni zamanda adını bilmədikləri Bakı şəhər Baş Polis İdarəsinin (BBPİ) mülki geyimli əməkdaşı tərəfindən təhqir olunduqlarını söyləyib, buna etiraz olaraq aclıq aksiyası keçirdiklərini qeyd ediblər. Ombudsman Aparatının nümayəndəsinin iştirakı ilə onların hər biri ayrı-ayrılıqda məntəqəyə dəvət olunmuş təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən həkim müayinəsindən keçirilib, onlara lazımi tibbi yardım göstərilib. Aclıq edən şəxslərlə söhbət nəticəsində onlardan bəziləri yemək qəbul edərək aksiyanı dayandırıblar. Eyni zamanda onların vəziyyətinin nəzarətdə saxlanılması üçün məntəqənin rəhbərliyinə tapşırıq verilib. Məsələnin araşdırılması məqsədi ilə Ombudsman Daxili İşlər Nazirliyinə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA