Bakıda sərnizin avtobusu azıb, 10 nəfər xəsarət alıb

img

21-08-2010 [03:34]


Bu gün saat 15:00 radələrində Bakının Badamdar qəsəbəsində sərnişin avtobusu aşıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, 5 saylı marşrut-avtobus Badamdar şossesi ilə hərəkət edən zaman yol kənarındakı dirəyə dəyərək aşıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində sürücü də daxil olmaqla 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza avtobusla eyni istiqamətdə hərəkət edən ?Mercedes? markalı maşının onun yoluna çıxması nəticəsində baş verib. Hadisə yerinə polis əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. Qəzanın baş verməsinin dəqiq səbəbi sürücü və şahidlərin ifadəsindən, eyni zamanda aparılan texniki avtoekspertizadan sonra məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA