Dənizdə 2 əmiqızı boğularaq ölüblər (yenilənib)

img

04-08-2010 [12:18]


Avqustun 3-də Xəzər dənizində 2 nəfər boğularaq ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonundakı Buzovna çimərliyində, Bakı şəhər sakini Gülnar Əzizova və onun qohumu Kürdəmir rayon sakini Güllü Əzizova çimərkən boğulublar. Dənizdə boğulanların əmiqızı olduqları bildirilir. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları dənizin nəzarət olunmayan hissəsində batmış 1997-ci il təvəllüdlü Güllü Nəriman qızı Əzizova və 1999-cu il təvəllüdlü Gülnar Cavanşir qızı Əzizovanın cəsədlərini artıq tapıblar. Dalğıc-xilasediciləri tərəfindən tapılan meyitlər ailələrinə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA