Rusiya-Ermənistan hərbi sazizi imzalanıb (YENiLƏNiB)

img

20-08-2010 [01:26]


Rusiyanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması haqda Rusiya və Ermənistan arasında protokol imzalanıb. Yeni sənədlə bazanın Ermənistanda yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb. 1995-ci il müqaviləsi 25 illik dövrü əhatə edirdi. Protokolları iki ölkənin müdafiə nazirləri imzalayıb. İmzalanma mərasimindən əvvəl Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib. Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan avqus18-də deyib ki, müqaviləyə görə Rusiya bazasının Ermənistanda yerləşmə müddəti 2044-cü ilə qədər uzadılacaq. Bu müddətdə Rusiya Ermənistanı silah və müasir hərbi texnika ilə təmin edəcək. Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildən bəri Ermənistanın Gümrü şəhərində yerləşir. ?Azərbaycan ümid edir ki, Rusiya ilə Ermənistan arasında imzalanan sazişdən sonra Rusiyanın Ermənistandakı 102 saylı bazasının silah-sursat və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmayacaq?. Bu Rusiya ilə Ermənistan arasında imzalanan sazişə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi münasibətidir. Nazirliyin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, hələ 2006-cı ildə Rusiya Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən öz hərbi bazalarının bir hissəsini çıxarıb Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasına yerləşdirəndə üzərinə öhdəlik götürüb ki, bu silah və sursatdan Azərbaycana qarşı istifadə olunmayacaq: ?Biz ümid edirik ki, Rusiya öz üzərinə götürdüyü bu öhdəliklərə əməl edəcək və saziş imzalanandan sonra Rusiyanın 102 saylı bazasındakı hərbi texnika və silah-sursatdan Azərbaycana qarşı istifadə olunmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA