Elmar Məmmədyarov Avstryaya gedib

img

20-08-2010 [10:59]


Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya şəhərinə səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, səfər ?Zalzburq Triloqu elmi konfrans: XXI əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış? mövzusunda konfransda iştirak etmək məqsədi daşıyır. Avqustun 20-dən 22-dək Avstriyanın Avropa və Beynəlxalq Əlaqələr üzrə Federal Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konfransda qitənin bir sıra dövlətlərinin xarici işlər nazirləri, dövlət rəsmiləri, dünyanın aparıcı elmi mərkəzlərinin ekspert və rəhbərlərinin iştirakı nəzərdə tutulub. İştirakçılar ?Maliyyə və bazar iqtisadiyyatının iflası?, ?Etik bazar iqtisadiyyatları üçün birliklərin inşası? və ?Arxitekturanın dəyişdirilməsi və siyasətin həyata keçirilməsi? mövzuları ətrafında fikir mübadiləsi aparacaqlar. Konfransda nazir E. Məmmədyarovun mövzularla bağlı çıxışları nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA