Bloqqerlərin zikayəti təmin olunmadı

img

19-08-2010 [03:30]


Ali Məhkəmə bloggerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə kassasiya şikayətini təmin etməyib. Ali Məhkəmə avqustun 19-da belə qərar verib. Kassasiya şikayətində vəkillər Elton Quliyev və İsaxan Aşurov Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Emin Milli və Adnan Hacızadənin həbsi barədə hökmü ləğv etməsini xahiş etmişdilər. Prokuror isə öz növbəsində məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Hökumətdəki korrupsiyanı tənqid edən materiallar yayması ilə məşhur olan iki blogger Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də özlərinin, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinin qondarma saydığı xuliqanlıq ittihamı ilə həbs olunublar. Adnan Hacızadəyə iki il, Emin Milliyə iki il yarım həbs cəzası kəsilib. Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin hökmünü qüvvədə saxladıqdan sonra vəkillər kassasiya ərizəsi ilə Ali Məhkəməyə müraciət etmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA