Bakının Nərimanov istirahət parkında terror həyəcanı

img

02-08-2010 [03:52]


Bakının Nərimanov rayonunda istirahət parkında terror olacağı barədə yalan məlumat verən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, avqustun 1-də axşam saatlarında naməlum şəxs Nərimanov rayonu ərazisindən taksofondan DİN-nin ?102- Zəng Mərkəzinə? zəng vuraraq ?Təbriz küçəsində yerləşən Nəriman Nərimanov adına istirahət parkına bomba qoyulub? deyərək dəstəyi asıb. Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zəng etməkdə şübhəli bilinənlər tüfeyli həyat tərzi keçirənlər Vüqar Bayramov, Sərxan Əsədullayev, Qalib Yusifov, Səxavət Quliyev və İnşallah Bəkirov saxlanılaraq Nərimanov RPİ 18-ci PB-nə gətiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA