Bakıda müşahidə edilən tıxacların SƏBƏBİ AÇIQLANDI

img

04-10-2017 [17:14]


Baş Dövlət Yol Polisi İdarəsi son günlər havanın yağmurlu olması səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına aydınlıq gətirib.

Mia.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, bəzi yerlərdə qeydə alınmış çökmə halları nəzərə alınmasa, yollarda ciddi problem yaranmayıb:

"Ümumiyyətlə, Azərbaycanda 3 gün ardıcıl intensiv yağış yağması çox nadir hallarda müşahidə edilir. Bununla belə, ölkənin və paytaxtın yollarında yağıntılar nəqliyyatın hərəkətinə mane olmayıb. Bəzi hallarda pik saatlarda tıxac və sıxlıq müşahidə olunub ki, bu da bəzi yerlərə su yığılması və ya köhnə sovet avtomobillərinin yağıntının təsirindən mühərrikinin sönməsi səbəbindən baş verib”.

K.Əliyev əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində avtomobilin sazlığına xüsusi ilə diqqət yetirməlidir


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA