Vidadi Zeynalovun vəsatəti təmin olunmadı - Məhkəmə prosesi

img

03-10-2017 [16:59]


Bu gün Bakı Apellyasiya Məhkəməsində əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Q.Bəybalayevin apellyasiya şikayəti vermədiyi məlum olub. O, məhkəməyə ərizə göndərərk iclasının onsuz davam etdirilməsnin istəyib.

Daha sonra V.Zeynalovun vəkili Ceyhun Yusifov və digərləri vəsatətlə çıxış ediblər. Onlar məhkəmənin qismən istintaq yolu ilə keçirilməsini istəyiblər.

Məhkəmə müşavirəyə yollanıb.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA