29 yaşlı oğlan özünə od vurdu - Mingəçevirdə DƏHŞƏT

img

03-10-2017 [11:19]


Mingəçevir şəhərində 29 yaşlı oğlan özünü yandırıb.

Mia.az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də şəhərin F.Əzimov küçəsi bina 33, mənzil 35-də baş verib. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Nağıyev İlkin Faiq oğlu gecə saat 04:00-radələrində üzərinə alışdırıcı maddə tökərək özünü yandırıb. Yaralı ailə üzvlərinin köməyi ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA