Rusiya Müdafiə Nazirliyinin idarə rəisinə qarşı cinayət işi açıldı - 6.4 milyonluq rüşvət ittihamı

img

26-09-2017 [13:03]


 Rusiya Müdafiə Nazirliyinin Məhsul Texniki Təminat İdarəsinin rəisi Aleksandr Vakulinə qarşı cinayət işi açılıb.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, o, külli miqdarda vəsaitin mənimsənilməsi fırıldaqçılığında və rüşvət almaqda ittiham olunur.

46 yaşlı polkovnik 368 milyon rubl (təxminən 6,4 milyon dollar) məbləğində rüşvət qarşılığında Müdafiə Nazirliyinin mətbəx, çörəkbişirmə, sistern və digər xüsusi texnikalar almasına vasitəçi olub. Satınalma prosesləri zamanı külli miqdarda vəsait yeyilib. Bundan əlavə, A.Vakulin prosesdə iştirak edən ticarətçilərə himayədarlıq edəcəyinə dair söz verib.

Hərbi məhkəmə A.Vakulini oktyabrın 29-dək istintaq təcridxanasına yerləşdirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA