Sabirabbadda dəhşət - Arvadına 12 bıçaq zərbəsi

img

26-09-2017 [10:58]


Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.
Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA