Arif Alışanovu öldürmək istəyən şəriki həbs edilib - Sui-qəsd və 4,6 milyonluq dələduzluq ittihamı

img

21-09-2017 [19:07]


"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun biznes ortağı Şücayət Əkbərov həbs edilib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ş.Əkbərov şəriki A.Alışanovun əmlakını ələ keçirmək məqsədi ilə onu öldürməyə cəhd etməkdə təqsirləndirilir.

Ş.Əkbərov 2017-ci ilin yanvar ayında həbs olunub. O, həm də AZTV sədrinə qarşı dələduzluq etməkdə ittiham edilir.

İttihama görə, Əkbərov Alışanovun 4 milyon 641 min manatlıq əmlakını ələ keçirib. Əkbərov bu ittihamların hər ikisini rədd edib və bildirib ki, əksinə, Alışanov onun əmlaklarını ələ keçirib. Bunu isə Şücayət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova bildirib. O, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib.

S. Sadıqova iddia ərizəsində qeyd edib ki, keçmiş əri Əkbərov həbs edildikdən 2 gün sonra polis gücünə bölməyə aparılıb və orada Alışanovun bacısı qızı Nilüfər Cəfərovanın adına etibarnamə verməyə məcbur edilib. Bu etibarnamə əsasında isə boşanmadan ona qalan bütün əmlak AzTV işçisi Camal Nəbiyevin adına keçirilib. S.Sadıqova qeyd edib ki, əslində, bütün əmlak Alışanovun nəzarətinə keçib.

Nərimanov rayon Məhkəməsi mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyub. Qərardan apellyasiya şikayəti verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA