21-09-2017 [12:38]
Aqil MUSAYEV
***
Son günlər Naxçıvanda baş verən bir hadisə ölkə mətbuatında geniş bir şəkildə müzakirə mövzusuna çevrilib. Nəinki ölkə, hətta bu hadisə bəzi beynəlxalq KİV-lərin diqqətini də bu torpağa yönəldib.
Dünyanın ən nüfuzlu, milyonlarla izləyici kütləsi olan bir media orqanı BBC bu məsələyə xəbərlər bölməsində yer ayırıb. Şübhəsizdir ki, dünyanın prestijli BBC koorporasiyasının Naxçıvanı, eləcə də, burada qəbul edilmiş bir qərarı oz gündəminə daxil etməsi, qəbul edilən bu qərarın təsir gücünü də, ortaya qoymuş olur. Azərbaycan və dünya ədəbiyyatından 30 əsərin təhsil müəsislərinə, kitabxanalara verilməsi və bu əsərlərin oxunmasının məsləhət görülməsinin altında yatan məqsəd cəmiyyətin bəzi kəsimlərinə və ölkə KİV-lərinin bir qisminə nədənsə təəccüblü gəlir.
Özü də tək bu yox, Naxçıvanda baş vərən bütün müsbət hadisələrə bəzi düşüncələr sanki mütləqmiş kimi başqa don geyindirməyə özlərini məcbur hiss edirlər.
Deyəsən, unudurlar ki, Naxçıvan da Azərbaycanın bir hissəsidir, burada yaşayanlar da, onların qardaşları, bacıları, babaları, nənələri, nəvələridir. Digər bir tərəfdən, Naxçıvanın blokadada yaşamasına baxmayaraq qazandığı bu qədər nailiyyəti görməzdən gəlmək, ona başqa don geyindirmək ən azı vicdansızlıq, ən əsası isə bir vətəndaş kimi özünün özünə,mənsub olduğu xalqına xəyanətidir.Yoxsa onlar elə düşünürlər ki, naxçıvanlıların şəxsiyyət vəsiqəsində naxçıvanlı yazılır?
Xeyr! Hamımızın bir vətəni var - Azərbaycan. Hamımızın milli kimliyində azərbaycanlı yazılır. Gərək birliyimizi, bərabərliyimizi heç nəyə qurban verməyək. Əvvəllər də, muxtar respublikada qəbul edilmiş qərarlardan və müsbət mənada baş vermiş hadisələrdən sonra adını bilmədiyim bəzi "Naxçıvansevərlər" bunların düzgün olmadığını sübut etmək eşqi ilə dəridən-qabıqdan çıxırdılar. İstərdim əsas mövzuya keçməmişdən əvvəl bəzi məsələlərlə bağlı ölkə mətbuatında müzakirə edilmiş "Naxçıvan" mövzularını qısa da olsa xatırladım.
Yazırlar: "Naxçıvanda hər şənbə günləri iməciliklər keçirilir"
- Naxçıvana gələn yerli və əcnəbi qonaqların ilk olaraq diqqətini çəkən bu diyarın təmizliyi və abadlığı olur.Əgər 90-cı illərin əvvəllərində Naxçıvanın yaşıllıq faizi 0.5 idisə, bu gün isə artıq bu rəqəm 12 faizdir. Hətta nəzərə alsaq ki, muxtar respublikanın iqlimi sərtdi, yəni kontinental iqlimə malikdi, bu halda yaşıllıqların artırılmasının nə qədər çətin təbii şəraitdə reallaşmasını da, gərək qəbul edək. Odur ki,bu məsələyə vətəninə, torpağına bağlılıq prizmasından yox, başqa bir prizmadan baxmağın nə qədər mənasız olduğunu görürük. Məgər qeyd etdiyim çətin şəraitdə bu nailliyyətlərin özü-özlüyündə hasil olduğunumu düşünürlər?
Yazırlar: "Naxçıvanda muzeylərə ekskursiya etmək məcburidir".
- Naxçıvan nəinki, Azərbaycanın, eləcə də, Yaxın və Orta şərqin ən qədim sivilizasiya mərkəzidir, zəngin tarixi abidələrin və hadisələrin olduğu qədim insan məskənidir. Müdriklərdən biri: "Biz gənclərimizə ölkəmizi sevdirməməliyik, tanıtmalıyıq. Əgər tanıda bilsək, sevdirmiş də olarıq".
Deməli, əsas məsələ tanıtmaq və məlumat verməkdir. Bunlarınsa ən rasional yolu muzeylərin olmasıdır. Hər bir xalqın tarixi-keçmişi, milli-mənəvi dəyərləri, adət-ənənələri və bunların zənginliyi muzeylərinin zənginliyi ilə ölçülür. Tək muxtar respublikanın mərkəzi Naxçıvan şəhərində 20-dən çox muzey və muzey tipli müəssisə fəaliyyət göstərir.Hər bir rayonun tarixini əks etdirən muzeylər mövcuddur. Hətta bu torpaqların bəşəriyyətin beşiyi olduğunu göstərən, dəniz səviyyəsindən ən azı 3000 metr yüksəklikdəki Gəmiqaya daşüstü abidələrinin qorunması və burada muzeyin yaradılması, tarixə səs salan Əlincə qalasının bərpa edilməsi, eynilə ən yüksəklikdə muzeyin yaradılması tariximizə sahiblik deyilmi? Bu muzeyləri gedib görməkdə, tariximizlə fəxr etməyimizdə nə qəbahət görürlər?
Muxtar respublikanın ərazisində olan bütün tarixi abidələr restavrasiya olunub əvvəlki tarixi vəziyyətinə qaytarılıb. Naxçıvanda bərpa edilməmiş tarixi abidə yoxdur. Bu abidə və muzeylərə baş çəkmək bu torpağın tarixi əzəmətini, xalqımızın milli-mənəvi dəyərlərinin nə qədər zəngin olduğunu gənclərimizə, vətəndaşlarımıza aşılamaq milli ruhun və vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edir.
Yazırlar: "Naxçıvanda qəbristanlıqlar sökülür".
- Dini mənsubiyyətimizə, milli kimliyimizə, ulu babalarımızdan qalan adət-ənənələrimzə uyğun olaraq sual edə bilərik ki, qəbristanlıqların belə cəh-cəlallı salınması nə qədər düzgündür? Əgər məsələyə dini nöqteyi-nəzərdən yanaşsaq, İslam qanunlarına görə ölən şəxsin məzarı müəyyən bir müddətdən sonra bilinməməlidir.Yaxşı, bunu da, başa düşürük ki, əzizlərimizin ölüsünə hörmətimiz var, tez-tez onlara baş çəkirik, itib getməsini istəmirik. Ancaq, bu gün ölkədəki məzarlıqlara baxanda doğrudanda təəccüblənməmək olmur. İnsana sağlığında qiymət vermək lazımdır. Öldükdən sonra qızıldan məzar düzəldib, baş daşı qoymaq ölən birinə heç də, hörmət əlaməti deyil. Hələ indiki dövrdə qəbristanlıqlarda belə məzarların da, şahidi oluruq ki, çəpərə alınmış, əlavə yer zəbt etmiş, neçə metr hündürlükdə "krışa" qoyulmuş, hələ üstəlik işıqlarla da bəzədilmiş formadadı. Adamdan soruşarlar, məgər bu ölü gecələr qalxıb kitabmı oxuyacaq? Yoxsa nəyə lazımdı bu qədər "ağ etmək”? Bunun başqa tərəfi də var axı.
Vəzifəsindən, mövqeyindən və maddi imkanlarından asılı olmayaraq hər kəs buraya 2 metrlik ağ parçayla gəlir. Burada hər kəs bütün titullarını,imtyazlarını itirir və bərabər olur.Niyə bu məzar kasıb,bu məzar zəngin üçündür düşüncəsini təbliğ etməliyik? Bu gün Naxçıvanda qəbristanlıqların dini və milli kimliyimizə uyğun abadlaşdırılması niyə kimlərisə narahat etməlidir axı?!
İndi qayıdaq həmin bu kitab söhbətinə.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ictimaiyyətə də bəlli olan əsərlər ilə bağlı sərəncam imzalayıb. Məsələnin özəyində oxumaq, öyrənmək, maariflənmək dayanırsa, buna qısqanclıqla yanaşmağın, hansısa başqa bir məna yükləməyin özündə bir mənasızlıq var. "Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdı.","kitablar-zamanın dalğası ilə səyahət edən və nəsildən-nəsilə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.","yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamlarıyla söhbət etmək deməkdir", "kitab sahilsiz dəniz, biliklər ümmanıdır.", "Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz.", "kitab-sənin ilk dostundur.", "kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir", "mənə bir hərf öyrədənin,qırx il qulu olaram", "qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz", "İnsanın özünə ən böyük xəyanəti nadanlığındadır" və s.
Mövzuyla bağlı belə müdirik fikirləri çox sadalamaq olar. Bunların hər biri kitabın və oxumağın vacibliyini əhəmiyyətli dərəcədə ortaya qoyur. Əgər kimsə özünün yazdığı kitabların və yaxud əsərlərin oxunmasını məcbur edirsə, onda həmin narazı tərəflərin narahatçılığını başa düşmək olar. Ancaq, burda məsələ başqadır. Azərbaycan və dünya ədəbiyyatının inciləri sayıla biləcək əsərlərdən,yazarlardan söhbət gedir.Bunları bir-birindən fərqləndirmək elə də çətin bir məsələ deyil. Xalqımızın başına açılan müsibətlər,olunan haqsızlıqlar kitabla,oxumaqla,elmlə olan düşmənçilyimizdən deyilmi? Hələ 19-cu əsrdə elm fədaisi, böyük maarifpərvər ziyalımız H.Zərdabinin xalqımızın elmli, bilikli, müasir dünyanın gediş-gəlişindən xəbərdar olmasına, aydınlığa çıxmasına ömrünü həsr etməsini niyə unuduruq? Bəlkə Zərdabi oxumamışıq, öyrənməmişik, sevməmişik? Bəlkə ona görədir, özümüzü sevməməyimiz, başqasını öyməyimiz?
Çox təəssüf ki, hələ də, Məmmədhüseyn əmilər, Xudayar bəylər, saqqallı uşaqlar, şeyx Nəsrullahlar, Qurbanəlibəylər, Novruzəlilər görməkdəyik cəmiyyətimizdə. O dövrdə cəmiyyətdəki çatışmazlıqlara qarşı böyük şəxsiyyətlərin apardığı mübarizəni bu gün davam etdirənlərə niyə ögey münasibət göstəririk? İndi XXI əsrdir. Gəlin bu əsrin insanları kimi özümüzü aparaq. Əgər biz hələ də, "oxutmuram əl çəkin" deyən insanlarla maarifçilik ideyalarını yaymağa çalışan qabaqcıl düşüncənin, diyar-diyar gəzib uşaqları oxumağa çağıran Çernyayevskilərlə elm öyrənməyin qarşısına daş hellədən Molla Sadıxların, İsgəndərlərlə ona kefli deyib rişxənd edən, "ölü dirildən" şeyx Nəsrullahların mübarizəsinə şahidlik ediriksə, yazıq millətin halına... Xalqımızın nadanlıq çirkabından çıxması, xürafatçılıqdan uzaq,yalançı,hoqqabaz mollaların caynağından qurtulması, avam insanların ayılması üçün yeganə yol elmdə,təhsildədir fikri ilə bu günkü dövrümüzə işıq saçan Mirzə Cəlillər, Sabirlər, Cavidlər, M.T.Sidqilər və onlarca adını çəkmədiyim şəxsiyyətlərin öyrənilməsinin dövrümüz üçün nə qədər vacib olduğunu unutmamalıyıq. Bəlkə unutduğumuzdandır özümüzü dərk etməməyimiz?
Dostlar!!! Bu gün cəmiyyətimizin ən ağır və ağrılı problemi kitab oxumamaq deyilmi? Dünya üzrə statistik göstəricilərdə, ən az kitab oxuyan xalqlar sırasında`adımızın göstərilməsi bir millət kimi bizi heçmi düşündürmür? Kitab oxumaq düşünməkdi,xəyal qurmaqdı,qurduğun xəyalı gerçəkliyə çevirmək üçün mübarizə amalıdır, kamilləşməkdi, insanın bir şəxsiyyət kimi formalaşmasında çox vacib bir vasitədir. Xalqımızın bu gün bilikli, bacarıqlı, dünyagörüşü geniş,düşünən, hadisələri düzgün qiymətləndirən vətənpərvər millətini, dövlətini, torpağını, tarixini ürəkdən sevən gənclərə ehtiyacı var. Yeganə yol isə oxumaqdır.
P.S. Deməli, Naxçıvanda qəbul edilən qərarlar bir amala, bir məqsədə xidmət edir. Vətənpərvərlik duyğusunu aşılamaq, vətənə bağlılığı artırmaq, sağlam düşüncə tərzi formalaşdırmaqdır.Bu reallıqları görməzdən gəlib hər hansı bir qüsur axtarmaq istəyənlər yaxşı olar ki,güzgüyə baxsınlar. Hər şey orada açıq aydın görünəcəkdir.
Nəhayət, böyük Mirzə Cəlilin bir zamanlar ürək ağrısı ilə təsvir etdiyi "Danabaş” kəndindən bir əsrdir ki, mənzilə çatmaq üçün zamanın kələ-kötürlü yollarında gecikən "kitab yüklü” karvan keçir....
Bu yol vətən, millət yolu, bağlılıq, hörmət, sevgi karvanıdır. Karvan öz yolu ilə gedir. Gələn "səslər”ə məhəl qoymadan.
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)