Başından güllələnən azərbaycanlı biznesmen imiş... – Adı açıqlandı

img

19-09-2017 [10:12]


Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.

REN TV-nin verdiyi xəbərə görə, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.

Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA