"Lotu Quli" Tiflisdə güllələnən Elşən Əmircanskinin məzarına çələng qoydurub - FOTO

img

16-09-2017 [12:38]


İstanbulda öldürülən avtoritet Rövşən Lənkəranskinin qətlində adı hallanan Elşən Əmircanski (Məmmədov) artıq dəfn olunub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Azərbaycanda həbs cəzası çəkən digər "oğru” Lotu Qulinin sağ əli olan Əmircanski doğulduğu Əmircan qəsəbəsində dəfn edilib.

Onun məzarı başına Lotu Quli tərəfindən göndərilmiş çələng qoyulub.

Elşən Əmircanski Rövşən Lənkəranskinin adamları tərəfindən güllələnib. Buna səbəb isə Elşənin hər yerdə "Lənkəranskini güllələyənlərdən biri mən olmuşam" fikrini səsləndirməsidir.

Qeyd edək ki, Rövşənin tərəfdarları onun qatillərindən qisas almağa davam edirlər. 

Xatırladaq ki, E.Əmircanski sentyabrın 11-də Gürcüstanın paytaxtı Tiflisdə restorandan çıxıb maşınına əyləşərkən yoldan keçən digər avtomobildə olan şəxslər tərəfindən güllələnib.






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA