Gömrükçülərdən əməliyyat: Külli miqdarda siqaret müsadirə edildi

img

15-09-2017 [11:27]


Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Vito" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Azərbaycan vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37 600 ədəd "Marlboro", "Davidoff", "Parliament silver blue" və "Parliament aqua blue" markalı siqaretlər və 40 ədəd "Russkiy standart" adlı araq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA