Hacıqabulda maşın ər və arvadı vurub öldürdü - Sürücü həbs edildi

img

14-09-2017 [22:52]


Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi  99 XA 337 dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub. 
 
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər. 
 
Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA