Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

img

12-09-2017 [18:02]


Paytaxta yol qəzası baş verib.

ARB TV-dən Mia.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində 159 nömrəli marşut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu Biləcəri istiqamətində hərəkətdə olan zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Avtobusda olan sərnişinlərdən 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıblar.

Fakt araşdırılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA