Nişanlı qız özünü asdı - Toya hazırlaşan ailədə faciə

img

10-09-2017 [13:40]


Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, özünü asaraq intihar edən 17 yaşlı Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.

Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA