Toydan çıxan qonaqlar arasında kütləvi dava - Yaralanan var

img

09-09-2017 [23:52]


Ağstafada toydan çıxan bir qrup şəxs arasında söyüş üstündə kütləvi dava olub.

"Report"un məlumatına görə, hadisə rayonun Qırlı kəndində baş verib.

Dava kənddə keçirilən toy mərasimindən çıxmış bir qrup şəxs arasında dava düşüb. Nəticədə söyüş söyən şəxs, Qırlı kənd sakini, 1982-ci il təvəllüdlü Ramin İsrafil oğlu Məmmədov möhkəm döyülüb və burnu sındırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda həkimlər tərəfindən əməliyyat edilərək Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA