08-09-2017 [10:26]
Azərbaycanlı "qanuni oğru”, "Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, "Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu "qanuni oğru” Nadir Səfilovun ("Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli”yə yaxın olan "Nika Qaqrinski” ləqəbli "qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, Qudautiyə gələn "Rəşad Gəncinski” şəhərdəki restoranların birində "Nika” ilə düşmən olan "qanuni oğru”, "Pıza” ləqəbli Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı "qanuni oğru” və "Nika Qaqrinski” güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski” ayağından yaralanıbmış və xəstəxanadan müalicəsini yarımçıq qoyaraq yoxa çıxıb. İddia olunur ki, "Rəşad Gəncinski” hazırda sağalıb və internetlə kriminal aləmdəki dostları ilə əlaqə saxlayır. Onun Moskvaya qayıtdığı xəbərlərini yaxın ətrafı təsdiq etmir. Çünki Moskva polisi bir müddət əvvəl onun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları "Raşad Gəncinski” barəsində axtarış elan edib.
"Qanuni oğru”nun güllə ataraq "həmkarını” yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt” yazır ki, "Pıza” öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru” kimi deyil, xuliqan kimi aparıblar. "Pıza” əlavə edib ki, "Nika Qaqrinski”nin "oğru” statusu sual altındadır, "Rəşad Gəncinskini” isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb. Rusiya mediası iddia edir ki, bu izahat "Gəncinskini” Abxaziyaya göndərən "Lotu Quli”ni təmin etməyib və o, "Pıza”nı cəzalandırmağa qərar verib. "Rosbalt” bunu "Pıza”nın sonu kimi qiymətləndirir. Bildirilir ki, amma abxaz "qanuni oğru”nu aradan götürmək o qədər də asan olmayacaq, çünki o, Abxaziyadan kənara çıxmır.
Daha bir xəbər odur ki, "Pıza” artıq yunan mafiyasından etdiyi əmələ görə dəstək alıb. Bu yaxınlarda "Quli”yə qarşı qruplaşma yaradan azərbaycanlı "qanuni oğru”ların da "Pıza” ya dəstək verəcəkləri deyilir. Söhbət Rafiq Eyvazov ("Rafiq Masallılı”), Cavid Məmmədov ("Dato Ağcabədili”), Emin Əhmədov ("Emin Hacıqabullu”) və Ceyhun Əsgərov ("Ceyhun Gəncəlidən”) gedir. Bu isə kriminal aləmdə yeni savaşın anonsu deməkdir.
Məlumat üçün deyək ki, "Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru” adını isə 2013-cü ildə alıb.
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək