Bakıda ər arvadının boğazını kəsdi

img

06-09-2017 [16:33]


Bakıda kişi həyat yoldaşının boğazını kəsib.

Mia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Rayonun Şüvəlan qəsəbəsində yaşayan, 1973-cü il təvəllüdlü Ağayev Əfqan Teymur oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayeva Lalə Eduard qızını bıçaqlayıb.

Ə.Ağayev həyat yoldaşının başını kəsməyə cəhd edib və boğaz nahiyəsindən bıçaqlayıb. Qadının yaxınlarının köməyi ilə yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, əməliyyat olunan L. Ağayevanın vəziyyəti ağır qiymətləndirilsə də, sabitləşib. Hadisəni törədən Ə.Ağayev saxlanılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA