Gəncədə ər arvadını və qayınatasını bıçaqladı

img

02-09-2017 [11:45]


Gəncədə qadın bıçaqlanıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Fərqanə Bayramova döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. F. Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.

Onu da qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası 1951-ci il təvəllüdlü Mübariz Alsanov da xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA