ADNA izində ittiham olunanlardan biri 11 il, üçü ömürlük azadlıqdan məhrum edilib

img

10-08-2010 [11:59]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında törədilmiş kütləvi qətl hadisəsi ilə bağlı məhkəmə prosesində hökm oxunub. Təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar Neft Akademiyasındakı qətli törədən Fərda Qədirovla əlbir olmaqda ittiham olunublar. Müttəhimlər özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də bildirblər. Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının 12 müəllim və tələbəsini güllələyəndən sonra özünü öldürmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA