Baz Prokurorluq Bakı zəhərində baz verən silahlı insidentlə bağlı açıqlama yayıb

img

02-08-2010 [12:52]


Baş Prokurorluq Bakı şəhərində baş vermiş silahlı insidentlə bağlı rəsmi açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, hadisə avqustun 1-də saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1957-ci il təvəllüdlü Səlimov Hacıqulu Hacıağa oğlu yaşadığı evin həyətində qonşusu, əvvəllər məhkum olunmuş, 1948-ci il təvəllüdlü Mustafayev Eyyub Ağa oğlu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan mənbədən əldə etdiyi ?Makarov? tipli tapançadan sonuncuya 3-4 atəş açıb. Güllələrdən biri E.Mustafayevin arvadı Mustafayeva Xalidə İbrahim qızının qoluna dəyib. H.Səlimov cinayət əməlini törətdikdən sonra hadisə yerindən qaçıb, X.Mustafayeva isə aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Yasamal rayon Polis İdarəsindən daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə video və foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən H.Səlimov həmin gün saat 18:30 radələrində tutulub və onun üstündən cinayətin törədilməsində istifadə etdiyi tapança və bir ədəd patron aşkar edilərək götürülüb. H.Səlimov şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA