Balakən sakini polis mayoruna verdiyi rüzvəti geri almaq istəyir

img

23-08-2010 [02:59]


Balakən rayonu Sarıbulaq kənd sakini Mustafayev Rafiq Məhərrəm oğlu polis dələduzluğu ilə üzləşib. Bu barədə MİA-ya Rafiq Mustafayev məlumat verib. Həyətində çətənə kolu əkməkdə günahlandırılan Rafiq Mustafayevi həbs etmək əvəzinə Balakən rayon Polis Şöbəsinin keçmiş əməkdaşı, polis mayoru Məhiyyəddin Musayev ondan 6500 manat alaraq ?işi? ört-dasdır etdirib. Amma bununla iş bitməyib. Üzləşdiyi haqsızlıqlarla bağlı Rafiq Mustafayev hüquq-mühafizə orqanlarının rəhbərlərinə, prezident İlham Əliyevə və kütləvi informasiya vasitələrinə müraciət edib. Müraciətdə bildirilir ki, 04.05.2009-cu ildə saat 9 radələrində Rafiq Mustafayevin həyətində narkotik maddə axtarışına gələn polislər axtarış zamanı 30 ədəd narkotik şitil tapıblar. Narkotik şitillərdən heç bir xəbərinin olmadığını deyən şikayətçi qeyd edir ki, həmin şitilləri Məhiyyəddin Musayev gecə ikən kənddəki adamları vasitəsilə həyətdə əkdirib. ?İşi ört-basdır etmək üçün Məhiyyəddin Musayev məndən 6500 manat pul aldı. Həmin pulu mən ona dayım Abdulla Xəlilovun vasitəsilə iki dəfədə vermişəm. Mən pulu Məhiyyəddin Musayevə çatdırandan sonra o, saxta sənəd hazırladı. Sənəddə göstərilir ki, guya narkotik şitilin toxumunu anam bilmədən əkib. Yəni bazardan süpürgə toxumu alıb və onun içərisində çətənə kolunun toxumu çıxıb. Sonradan bildim ki, Məhiyyəddin Musayev Balakən rayon Polis Şöbəsində deyil, Qax rayon Polis Şöbəsində işləyir. Təsəvvür edirsiniz, Qax polisi Balakəndə narkomaniyaya qarşı ?mübariz?ə aparır?. Rafiq Mustafayev bildirir ki, polis mayoru Məhiyyəddin Musayev ondan pul alıb işi bağlayandan sonra onu Balakən rayon Polis Şöbəsinə çağırıblar: ?Şöbədə də işi bağlamaq üçün məndən pul istədilər?. Aldanıldığını deyən Rafiq Mustafayev hazırda Məhiyyəddin Musayevdən pulunu tələb edir: ?Mən kasıb Adamam, Qarabağ əliliyəm. Faizlə borca pul götürmüşəm. Hələ də borcumu verib qurtara bilməmişəm. Məhiyyəddin Musayev mənim pulumu verməsə, başqa vasitələrə əl atmaq məcburiyyətimdə qalacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA