Bakıda evdən oğurluq - 20 min dollar və 80 min manatlıq qızıl aparıblar

img

28-08-2017 [10:19]


Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb(apa).



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA