Ağsu rayonunda dəhşətli qətl - Arvad yeniyetmə oğlu ilə birləşib ərini baltaladı

img

24-08-2017 [10:33]


Ağsu rayonunda qətl törədilib.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. 

Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra baltanın arxası ilə başına və bədəninin müxtəlif yerlərinə zərbələr endiriblər. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA