Dənizkənarı Milli Parkdan meyit tapıldı

img

09-08-2010 [11:38]


Bu gün səhər saatlarında Bakıda Dənizkənarı Milli Parkdan meyit tapılıb. Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, meyit Dənizkənarı Parkın ərazi sularından tapılıb. 40-45 yaşlarında olan kişinin şəxsiyyəti və hadisənin baş vermə səbəbi araşdırılır. Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, həmin şəxsin dünən özünü dənizə ataraq intihar etdiyi ehtimal olunur. Əraziyə Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin və prokurorluğun əməkdaşları gedərək ilkin araşdırmalara başlayıblar. Meyit tibbi ekspertizaya göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA