Bakıdakı məktəblərdən birinin həyətində qətl

img

10-08-2010 [11:42]


Baş Prokurorluğun mətbuat xidməti Bakıdakı məktəblərdən birinin həyətində baş verən cinayət hadisəsi barədə məlumat yayıb. MİA-nın məlumatına görə, avqustun 10-da saat 04:30 radələrində 1985-ci ildə Neftçala rayonunda anadan olmuş Ağalarov Həzrətəli Mirdamət oğlunun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmaqla orada ölməsi barədə rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 03:30 radələrində Nizami rayonunda yerləşən 272 saylı orta məktəbin həyətində Həzrətəli Ağalarovla Dima adlı tanışı arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib və bu zaman sonuncu üstündə olan bıçaqla onun qarın və bud nahiyyələrinə bıçaqla iki zərbə vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən ?Dima? ləqəbli 1990-cı il təvəllüdlü Quliyev Kənan Əli oğlu tutulub və o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA