"Tillersonun tələbinə razı olan deyilik" - Bərzanidən referendum mesajı

img

20-08-2017 [17:53]


"ABŞ Dövlət katibi Reks Tillersonun referendumun təxirə salınması ilə bağlı tələbinə razı olan deyilik".

Bu sözləri Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani "Okaz”qəzetinə açıqlamasında deyib.

O bildirib ki, bir müddət əvvəl baş tutan telefon danışığı zamanı Bağdadla dialoqun aparılması barədə razılıq əldə olunub:

"Təxirə salınma məsələsi ilə qətiyyən olmayacağıq. Hazırki durum və təzyiq altında 2 ilə qədər birgə ola bilərik. Lakin Bağdadın Kürdüstana qarşı siyasəti dəyişməyib. Ali hüquqlarımız pozularsa, müttəfiqlik də sona çata bilər”.

Xatırladaq ki, telefon danışığı zamanı Tillerson Bərzanidən referendumun təxirə salınmasını xahiş etmişdi/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR