Bakıda iki sərnizin avtobusu toqquzub, xəsarət alanlar var

img

06-08-2010 [04:59]


Bakının Qaradağ rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. Hadisə Lökbatan qəsəbəsində, "Sədərək" Ticarət mərkəzinin yaxınlığında baş verib. Verilən məlumata görə, günorta saat 12:00 radələrində baş verən qəza nəticəsində 283 və 20 saylı avtobuslar toqquşub. Qəza nəticəsində hər iki avtobusdan 6-7 sərnişin yüngül xəsarətlər alıblar. İlkin məlumata görə, qəza ticarət mərkəzinə gedən və şəhərə doğru hərəkət edən avtobus sürücülərin bir-birinə yol verməməsi üzündən baş verib. Faktla bağlı araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA