Məsciddə baz vermiz əxlaqsızlıqla bağlı cinayət izi bazlanıb

img

14-08-2010 [11:29]


Göyçay şəhər məscidində baş vermiş əxlaqsızlıqla bağlı cinayət işi başlanıb. BBaş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar rayon prokurorluğuna konkret göstərişlər verilməsi barədə avqustun 13-də ictimaiyyətə məlumat verilib. Bununla əlaqədar bildirilir ki, rayon prokurorluğu tərəfindən aparılan araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilib və həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA