Saatlıda özünü güllələyən qadın meyiti tapılıb

img

05-08-2010 [01:01]


Dünən saat 16.35 radələrində Saatlı rayonunun Nərimankənd kəndi ərazisində, rayon sakini Nazim Əliyevə məxsus fermada, onunla qeyri rəsmi nigah münasibətlərində olan Yardımlı rayon sakini Xuraman Şəkərəliyevanın üzərində güllə yarası olan meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Şəkərəliyevanın özünə qəsd edərək intihar etməsi müəyyən edilib. Hadisə yerindən N.Əliyevə məxsus 1 ədəd "TOZ-8" markalı tüfəng götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA