Bakı sakinindən 100 min dollar tələb edən maskalı dəstə üzvləri tutulub

img

29-07-2010 [01:28]


Bakı şəhər sakini Anar Ağayev Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 23-də saat 22.00 radələrində Binəqədi qəsəbəsi ərazisindəki çay evində maska geymiş 3-4 naməlum şəxs tərəfindən əl-qolu yapışqanlı lentlə bağlanılıb, döyülüb və ondan 100 min dollar pul tələb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qobustan qəsəbə sakinləri Mahir Qurbanov, qardaşı Asim, Beyləqan rayon sakini Nicat Əlyarov, Bakı şəhər sakinləri Emin Aslanov və Vüqar Rzayev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA