Qobustan həbsxanasına narkotik vasitənin keçirilməsinin qarzısı alınıb

img

10-08-2010 [05:53]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasına qanunsuz yolla narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qobustan qəsəbəsində yerləşən həbsxananın əməliyyat aparatları tərəfindən əldə olunan məlumat əsasında həmin müəssisədə cəza çəkən 1955-ci il təvəllüdlü, Xalıq Bayram oğlu Məmmədovun yanına sovqat gətirən, özünü məhkumun yaxın qohumu kimi təqdim edən, 1983-cü il təvəllüdlü, Bərdə şəhər sakini Anar Möhübbət oğlu Cəfərovun gətirdiyi ərzaq məhsullarına baxış keçirən zaman, karamel konfetinin içərisində 11 ədəd şəffaf sellofana bükülmüş, xalis çəkisi 4,881 qram olan heroin tapılaraq götürülüb. Qeyd edək ki, X. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan istifadə etməklə törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA