iki qardaz dənizdə batıb, bir nəfərin meyiti isə axtarılır

img

27-07-2010 [06:06]


Xəzərdə iki qardaş batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dənizin nəzarət olunmayan hissəsində batmış 1993-cü il təvəllüdlü Orxan Ramazan oğlu Hacıyevin və 1990-cı il təvəllüdlü Ruslan Ramazan oğlu Hacıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 8 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA